
Millinin baş məşqçisi istefa verdi
0
Kurasao millisinin baş məşqçisi Dik Advokat istefa verib.
Sportal.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Advokat ailə vəziyyəti ilə əlaqədar vəzifəsindən ayrıldığını açıqlayıb: "Bu qərarı vermək ağır idi. Amma ailə futboldan daha vacibdir. Niderlandda heyətlə sıx əlaqələr saxlayacağam və bu oyunçu qrupuna tam etibar edirəm".
78 yaşlı Advokat 2024-cü ilin yanvar ayından bəri komandanın baş məşqçisidir. O, Rusiya, Niderland, Belçika, Serbiya, Cənubi Koreya və İraq milli komandalarının baş məşqçisi vəzifəsində çalışıb.
Əlavə edək ki, Kurasao noyabrın 19-da Yamayka ilə qarşılaşacaq. Bu komanda hələ də dünya çempionatına vəsiqə qazanmaq şansına sahibdir.



