
Millimizin üzvü oynadı, komandası qazandı
0
Bolqarıstan çempionatının 24-cü turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” “Çerno More”nin qonağı olub.
Görüş heç-heçə(0:0) ilə başa çatıb. Hüseynov meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.
"Arda" hazırda 32 xalla 7-ci pillədədir.



