Millimizin üzvü oynadı, komandası çempion oldu

Millimizin üzvü oynadı, komandası çempion oldu

 
0

Azərbaycan millisinin üzvü Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionu olub.

Sportal.az xəbər verir ki, pley-off mərhələsinin həlledici görüşündə “Vlajniya” ilə qarşılaşan "Eqnatiya" 4:0 hesablı qələbə qazanaraq ölkə çempionu olub. Zamiq də bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, Zamiq Albaniya təmsilçisinin heyətinə bu mövsümün əvvəlində qoşulub.

PaylaşPaylaş

Şərhlər yüklənir...