Millimizin sabiq üzvü Fransa ilə oyun haqda: "Xal qazanmağı fikirləşmək lazımdır"

Millimizin sabiq üzvü Fransa ilə oyun haqda: "Xal qazanmağı fikirləşmək lazımdır"

 
0

"İslandiya ilə matçın birinci hissəni zəif oynadıq. Fasilədən sonra isə oynamağa başladıq. Gec oldu. Düzdür, ikinci hissədə qol şanslarımız yarandı, ancaq istifadə edə bilmədik. İslandiya bizdən çox üstün futbol oynadı. İstədikləri nəticəni 1-ci hissədə qazandılar. Fasilədən sonra gözlədilər və üç xalı əldə etdilər. Amma düzü, milli Bakıda Reykyavikdəki görüşdən daha yaxşı oynadı. Sadəcə bundan da artığını gözləyirdik".

Bu sözləri Sportal.az saytına açıqlamasında milli komandamızın sabiq üzvü Əfran İsmayılov deyib.

O, yığmamızın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Fransaya qarşı keçirəcəyi matçdan gözləntilərini də bölüşüb:

"Fransaya qarşı ağır oyun olacaq. Ancaq böyük hesabla uduzmayaq fikri ilə yanaşmaq lazım deyil. Milli öz evində oynayır. Xal qazanmağı fikirləşmək lazımdır. Çıxıb oynamaq, vuruşmaq lazımdır. Belə-belə nəticə gələcək".

Mirbağırağa

PaylaşPaylaş

Şərhlər yüklənir...