Millimizin qapıçısı: "Biz sakitik, yavaş-yavaş öz hədəfimizə doğru gedəcəyik"

Millimizin qapıçısı: "Biz sakitik, yavaş-yavaş öz hədəfimizə doğru gedəcəyik"

 
0

Azərbaycan minifutbol komandasının qapıçısı Vəli Qafarov Sportal.az saytına müsahibə verib.

- Bəhreynlə görüşdə milli komandamız qələbə qazana bilmədi. Bunu nə ilə əlaqələndirirsən?

- Birinci oyun həmişə ağır olur. Heç nə olmaz. Hədəfimiz final oynamaqdır. Ona görə Bəhreynlə görüşümüzü analiz edib, növbəti matçlara hazırlaşacağıq.

- Komanda Bəhreynlə görüşə sanki hazır deyildi...

- Deməzdim. Təbii ki, azarkeşlərin istəyi hər zaman yüksək olur. Amma komanda üzvü olaraq deyə bilərəm ki, biz sakitik. Öz işimizi bilirik. Futbolda belə şeylər olur.

- Düşünmək olar ki, bütün kartları açmamaq üçün ilk görüşdə belə oynadız?

- Sizinlə razıyam. Hər şeyi birdən-birə ortaya qoya bilmərik. Biz favoritlərdən yalnız biriyik. Başqa favoritlər də var. Yavaş-yavaş öz hədəfimizə doğru gedəcəyik.

- İlk oyun günündə keçirilmiş matçları yəqin izləmisən. Hansı komanda sizi təəccübləndirə bilib?

- Hələ ki hər şey öz yolu ilə gedir.

PaylaşPaylaş

Şərhlər yüklənir...