Millimizin oyununa biletlər satışa çıxarıldı    - 17 manat

Millimizin oyununa biletlər satışa çıxarıldı - 17 manat

 
0

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin D qrupunun Reykyavikdə keçiriləcək İslandiya - Azərbaycan matçının açılış turunun biletləri artıq satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, biletlərin qiymətləri sektordan asılı olaraq 1250-6900 İslandiya kronu (təxminən 17-96 manat) arasında dəyişir.

İslandiya - Azərbaycan oyunu sentyabrın 5-də “Lauqardalsvöllur” stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...