Millimizin hücumçusu bu gün Polşa çempionatında meydana çıxa bilməyəcək

Millimizin hücumçusu bu gün Polşa çempionatında meydana çıxa bilməyəcək

 
0

Azərbaycan millinin hücumçusu Renat Dadaşov bu gün Polşa çempionatının 26-cı turunda “Zaqlembe”yə qarşı keçiriləcək matçda “Motor”a kömək edə bilməyəcək.

Sportal.az xəbər verir ki, buna səbəb Dadaşovun ötən turda “Termalika” ilə görüşdə (2-1) sarı vərəqə almasıdır.

Belə ki, bu, onun mövsümdəki dördüncü sarı vərəqəsi olduğu üçün Dadaşov bir oyunluq cəzalı duruma düşüb.

PaylaşPaylaş

Şərhlər yüklənir...