Millimiz Şimali İrlandiyaya uduzdu

Millimiz Şimali İrlandiyaya uduzdu

 
0

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

Sportal.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Centenary” stadionunda keçirilən görüş rəqib komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 qrupda son oyununu noyabrın 18-də Malta yığmasına qarşı keçirəcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...