Millimiz Özbəkistanla heç-heçə etdi

Millimiz Özbəkistanla heç-heçə etdi

 
0

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxıb.

Sportal.az xəbər verir ki, U-19 Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama görüşü oktyabrın 12-də keçiriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...