Millimiz MDB Oyunlarına qələbə ilə başladı    FOTOLAR

Millimiz MDB Oyunlarına qələbə ilə başladı FOTOLAR

 
0

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ölkəmizdə təşkil olunan III MDB Oyunlarında ilk oyununa çıxıb.

Sportal.az xəbər verir ki, A qrupunda yer alan U-16 Tacikistanın müvafiq yaş qrupundan ibarət komadası ilə qarşılaşıb. Matçdan əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəbələ şəhər stadionunda təşkil olunan görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 29-cu dəqiqədə Xəzər Hüseynzadə vurub.

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçirəcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...