"Milan" türkiyəli yarımmüdafiəçi üçün 40 milyon avroluq təklif göndərəcək

"Milan" türkiyəli yarımmüdafiəçi üçün 40 milyon avroluq təklif göndərəcək

 
0

"Ayntraxt"ın futbolçusu Can Uzun baş məşqçi Albert Riera ilə problem yaşayır.

Sportal.az xəbər verir ki, türkiyəli hücumameeyilli buna görə yayda klubdan ayrıla bilər. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Avropanın bir çox klubu Canın xidmətində maraqlıdır. "Milan" da 20 yaşlı oyunçunu transfer etmək istəyir. A Seriyası təmsilçisi gənc futbolçu üçün Almaniya klubuna 40 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, "Ayntraxt" Can Uzunu 2024-cü ilin yayında "Nürnberq"dən 11 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...