Messi karyerasını "Barselona"da başa vura bilər    - DÇ-2026-dan sonra qərarını verəcək

Messi karyerasını "Barselona"da başa vura bilər - DÇ-2026-dan sonra qərarını verəcək

 
0

Lionel Messi DÇ-2026-dan sonra “Barselona”ya qayıda bilər.

Sportal.az “TEAMtalk”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi argentinalını geri qaytarmaq istəyir.

“Barselona”nın rəhbərliyi argentinalı ilə DÇ-2026-dan sonra müqavilə imzalamağı planlaşdırır.

Bu vaxta qədər katalonların doğma stadionu olan “Kamp Nou”da yenidənqurma işləri başa çatmalıdır. Transfer uğurlu olarsa, Messi karyerasını "Barselona"da başa vuracaq.

Lionel hazırda "İnter Mayami"də oynayır. Onun MLS klubu ilə müqavilə müddəti 2025-ci il dekabrın 31-nə qədərdir.

PaylaşPaylaş

Şərhlər yüklənir...