
Məşqçidən 11 yaşlı qız futbolçuya ağır cəza - qapıları daşımağı tapşırdı
0
“Rubin” akademiyasının 11 yaşlı futbolçusu məşqçinin cəza olaraq verdiyi tapşırığı yerinə yetirərkən, ağır qapıları daşıdığı vaxt ayağını qırıb.
Sportal.az "RİA Novosti"yə istinadən xəbər verir ki, aldığı xəsarətə görə idmançı, böyük ehtimalla, futbol karyerasını bitirməli olacaq. Qızın ailəsi polisə ərizə yazıb.
“Futbol kontaktlı idman növüdür, buna görə də bu kimi hadisələr baş verə bilər. Uşaq məşq zamanı xəsarət alıb. Hazırda klub vəziyyətin məhkəməyəqədər həll olunması üçün danışıqlar aparır və uşağın bərpası və reabilitasiyası ilə bağlı bütün məsuliyyəti üzərinə götürməyə hazırdır”, – deyə “Rubin”in mətbuat xidməti bildirib.



