
"Məqsədimiz "Liverpul"un səviyyəsinə çatmaqdır" - Ruben Amorim
0
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim maraqlı fikirləri ilə yadda qalıb.
Sportal.az xəbər verir ki, Amorim "Liverpul"un oyun səviyyəsini yüksək tutaraq bunları qeyd edib:
"Biz istənilən oyunu qazana bilərik, buna görə də yalnız növbəti qarşılaşma haqqında düşünməliyik. Gələcəkdə ‘Liverpul’un səviyyəsinə çatmaq üçün mübarizə aparacağıq, ideyamız budur. Bunun nə qədər vaxt aparacağını isə bilmirəm."



