"Mən yeriyirdim ki, onlar qaça bilsinlər" -    İngiltərə millisinin sabiq hücumçusu

"Mən yeriyirdim ki, onlar qaça bilsinlər" - İngiltərə millisinin sabiq hücumçusu

 
0

İngiltərə millisinin sabiq hücumçusu Piter Krauç Erlinq Haalandın Premyer Liqanın 10-cu turunda “Bornmut”a qarşı oyunda (3:1) vurduğu ilk qoldan sonra robotu təsvir edən rəqs hərəkətləri ilə sevinməsinə münasibət bildirib.

Sportal.az xəbər verir ki, Krauç sosial şəbəkədə gülən emojilərlə paylaşım edərək yazıb:

“Mən yeriyirdim ki, onlar qaça bilsinlər.”

Krauç bu məşhur “robot rəqsini” ilk dəfə təxminən iyirmi il əvvəl Macarıstana qarşı yoldaşlıq oyununda vurduğu qoldan sonra nümayiş etdirmişdi. Daha sonra o, bu rəqsi Yamayka üzərində qələbə zamanı və Premyer Liqadakı 100-cü qolunu “Stok Siti”nin heyətində vurarkən də təkrarlamışdı.

PaylaşPaylaş

Şərhlər yüklənir...