"Mən oyunlardan əvvəl penalti vuran futbolçuları diqqətlə öyrənirəm"

"Mən oyunlardan əvvəl penalti vuran futbolçuları diqqətlə öyrənirəm"

 
0

Voyçex Şensnı “El-Klasiko”da penalti epizoduna necə hazırlaşdığını danışıb.“Barselona”nın qapıçısı La Liqanın 10-cu turunda “Real”la oyunun (1:2) ikinci hissəsində Kilian Mbappenin penalti zərbəsini dəf etmişdi.

Sportal.az xəbər verir ki, Şensnı klub mediasına müsahibəsində bunları qeyd edib:

“Matçlardan əvvəl penalti vuran oyunçuları diqqətlə öyrənirəm. Adətən, bu işi yerinə yetirən iki və ya üç futbolçunun son 20 penalti epizoduna baxıram və onların zərbələrində müəyyən qanunauyğunluq tapmağa çalışıram. Bəzən penaltiyə necə hazırlaşdıqları da mənə müəyyən məlumat verir.

Bəzi oyunçular matçın vacib anlarında və ya komandanın qalib gəlib-gəlməməsindən asılı olaraq fərqli zərbələr endirirlər. Mən bütün bu məlumatları toplayıram və sonra instinktiv olaraq qərar verirəm.

Mbappe mənə qarşı son penalti zərbəsini qola çevirmişdi. Bu dəfə özümə güvənirdim və onun eyni istiqamətə vuracağını bilirdim. Qalanı isə sadəcə ümid etmək idi – xoşbəxtlikdən, hər şey istədiyim kimi alındı".

PaylaşPaylaş

Şərhlər yüklənir...