"Mən ailəmə çox bağlıyam, qardaşımı dinləməyi sevirəm" -    Uilyamsın "Barselona"ya keçiddən imtinası barədə

"Mən ailəmə çox bağlıyam, qardaşımı dinləməyi sevirəm" - Uilyamsın "Barselona"ya keçiddən imtinası barədə

 
0

“Atletik”in vingeri Niko Uilyams ötən yay “Barselona”nın marağına baxmayaraq Bilbao klubuyla müqaviləni uzatmayıb.

Sportal.az xəbər verir ki, Niko Uilyams həmin qərarı belə izah edib:

"Atletik" (Bilbao) mənim üçün hər şeydir. Mən burada həm insan, həm də futbolçu kimi böyümüşəm. Bu klubu və şəhəri təmsil edərkən zəhmətin, təvazökarlığın və ailənin dəyərini anladım. Hamımız bilirik ki, "Atletik" öz devizinin dediyi kimi, unikaldır.

Mən həmişə hisslərimə güvənirəm və qəlbimin səsinə qulaq asıram. Ailəmə çox bağlıyam, yaxın insanlarım buradadır və hər addımımda onlarla məsləhətləşirəm.

Qardaşımı (İnyaki Uilyamsı) dinləməyi sevirəm. Onun həmişə yaxşı məsləhətləri olur. İndi isə birlikdə Çempionlar Liqasında oynamaq imkanı… bu, bir arzudur."

PaylaşPaylaş

Şərhlər yüklənir...