
Mbappe Çempionlar Liqasında Benzemaya çatdı
0
Kilian Mbappe Çempionlar Liqasında het-triklər siyasında Karim Benzemanı yaxaalayıb.
Sportal.az xəbər verir ki, bu gün "Real"ın hücumçusu turnirin ümumi mərhələsinin 2-ci turunda "Kayrat"ın qapısından üç qol keçirib (5:0).
Bu, fransız futbolçunun bu turnirdəki 4-cü het-trikidir. O, bu göstəricidə Karim Benzemanı yaxalayıb və yalnız Robert Levandovskiyə (6 het-trik), Kriştiano Ronaldoya(8) və Lionel Messiyə (8) uduzur.