
Maykl Karrik “Mançester Yunayted”in baş məşqçisi təyin olundu - RƏSMİ
0
Maykl Karrik “Mançester Yunayted”in baş məşqçisi təyin olunub.
Sportal.az xəbər verir ki, klub 44 yaşlı mütəxəssisin mövsümün sonuna qədər bu vəzifəyə gətirildiyini açıqlayıb.
“Mançester Yunayted” 21 turdan sonra Premyer Liqa cədvəlində 32 xalla 7-ci sırada qərarlaşıb. Ruben Amorim istefaya göndərildikdən sonra komandaya iki oyunda Darren Fletçer rəhbərlik edib.
Karrik 2006–2018-ci illərdə “Mançester Yunayted”də çıxış edib. O, klubla 5 dəfə APL çempionluğu qazanıb, İngiltərə Kuboku, Liqa Kuboku (2 dəfə) və Superkuboku (6 dəfə) qazanıb. Beynəlxalq arenada isə “Yunayted”lə Çempionlar Liqasını, Avropa Liqasını və Klub Dünya Çempionatını qazanıb.



