
"Mançester Yunayted"in qolkiperi "Trabzonspor"da - RƏSMİ
0
Andre Onana yeni mövsümü Türkiyə Super Liqasında keçirəcək.
Sportal.az xəbər verir ki, “Trabzonspor” rəsmi olaraq qapıçını “Mançester Yunayted”dən 2026-cı ilin yayına qədər icarəyə götürüb.
29 yaşlı kamerunlu futbolçu “qırmızı şeytanlar"ın heyətində 2 mövsüm keçirib və Premyer Liqada 72 oyunda 102 qol buraxıb.



