"Mançester Yunayted"in hücumçusu A Seriyası klubunda -    RƏSMİ

"Mançester Yunayted"in hücumçusu A Seriyası klubunda - RƏSMİ

 
0

Rasmus Hoylund "Napoli"nin oyunçusu olub.

Sportal.az xəbər verir ki, Neapol klubu "Mançester Yunayted"in hücumçusunu məcburi alqı-satım şərti ilə icarəyə götürdüyünü açıqlayıb.

Əvvəlcədən verilən xəbərlərə görə, italiyalılar icarə üçün 6 milyon avro, tam transfer üçün isə 44 milyon avro ödəyəcəklər. Bununla belə, alqı-satım şərti yalnız "Napoli"nin Çempionlar Liqasına vəsiqə qazanacağı halda qüvvəyə minəcək.

Danimarkalı futbolçu ötən mövsüm Premyer Liqada 32 oyunda iştirak edib və 4 qol vurub.

PaylaşPaylaş

Şərhlər yüklənir...