
"Mançester Yunayted"in futbolçusu "Qalatasaray"a keçə bilər
0
"Mançester Yunayted"in futbolçusu Manuel Uqarte karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" uruqvaylı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul nəhəngi Uqarteni yanvar ayında heyətinə qatmağı planlaşdırır. "Sarı-qırmızılar" 24 yaşlı dayaq yarımmüdafiəçisi üçün İngiltərə klubuna 25 milyon avroluq satınalma bəndi ilə oyunçunu icarəyə götürmək təklifini göndərəcək.
Qeyd edək ki, "Mançester Yunayted" Manuel Uqarteni 2024-cü ilin yayında PSJ-dən 50 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 9 rəsmi matçda meydana çıxıb.



