"Mançester Yunayted"in 2 futbolçusu da geri döndü -    derbidə oynaya biləcəklər

"Mançester Yunayted"in 2 futbolçusu da geri döndü - derbidə oynaya biləcəklər

 
0

Amad Diallo və Brian Mbemo “Mançester Yunayted”lə məşqlərə qayıdıblar. Bu gün Maykl Karrik və onun məşqçilər heyəti Karrinqtonda ilk məşqlərini keçiriblər.

Sportal.az xəbər verir ki, hər iki futbolçu Afrika Millətlər Kubokunda iştirak edib və turnirin 1/4 final mərhələsinə qədər irəliləyib. Kot-d’İvuar və Kamerun millilərinin turnirdən kənar qalmasından sonra onlar şənbə günü “Mançester Siti”yə qarşı keçiriləcək derbiyə hazırlıq üçün "qırmızı şeytanlar"ın bazasına qayıdıblar.

Nussair Mazraui isə hələ də komandada yoxdur, çünki o, Afrika Millətlər Kubokunun finalına yüksəlmək uğrunda Mərakeş yığmasının heyətində Nigeriya ilə oynayacaq. Matç bu gün Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...