
"Mançester Yunayted"dən "Fulhem"ə
0
"Mançester Yunayted"in futbolçusu Meyson Mount karyerasını başqa klubda davam etdirəcək.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, ingilis yarımmüdafiəçiyə "Fulhem"dən təklif gəlib.
27 yaşlı oyunçunun "Mançester Yunayted"lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
O, yeni mövsümə məhz “Fulhem”də başlamağa yaxındır. Mount “Vitesse”, “Çelsi”, “Derbi” komandalarında çıxış edib.



