
"Mançester Yunayted"də Fletçer U-18 komandasına geri dönür - derbidə yeni baş məşqçi
0
Darren Fletçer Maykl Karrikin təyinatından sonra “Mançester Yunayted”in gənclər komandasında işinə qayıdacaq.Əvvəlcə klubun Karriklə mövsümün sonuna qədər baş məşqçi təyin olunması barədə razılığa gəldiyi bildirilmişdi.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, son iki oyunda – “Bernli” (2:2) və “Brayton” (1:2) matçlarında “Mançester Yunayted”i çalışdırmış Fletçer U18 komandasının baş məşqçi vəzifəsinə qayıdacaq.
“Mançester Yunayted” 21 turdan sonra APL cədvəlində 32 xalla 7-ci sırada qərarlaşıb. Komanda 17 yanvarda “Mançester Siti” ilə qarşılaşacaq. Derbidə komandanın başında Karrikin olacağı gözlənilir.



