"Mançester Yunayted" sanki qəbiristanlığa bənzəyir" -    sabiq hücumçu

"Mançester Yunayted" sanki qəbiristanlığa bənzəyir" - sabiq hücumçu

 
0

“Aston Villa”nın və Uels millisinin sabiq hücumçusu Dean Sonnders Morqan Rodcersin mümkün gedişi barədə danışıb.

Sportal.az xəbər verir ki, Sonnders öz açıqlamasında bunları qeyd edib:

“Morqan Rodcers əla oyunçudur. Bu boyda futbolçu üçün topu çox yaxşı idarə edir və dar məkanlarda effektiv oynayır. O, həmişə topu qoruyur, çətin vəziyyətlərdən çıxır və qol vurmağı bacarır.

Düzünü desəm, düşünmürəm ki, Rodcers harasa getməlidir. Amma belə söhbətləri təsəvvür edirəm, Unai Emeri onu yanına çağırır, Rodcers isə soruşur ki, "Əgər qalmağımı istəyirsinizsə, kimi transfer edəcəyik?"

Komanda növbəti addımı atmaq istəyirsə, yeni oyunçulara ehtiyacı var. Maliyyə feyr-pley qaydaları imkanları məhdudlaşdırıb, amma klub sahibləri daha yüksək səviyyəyə çıxmaq istəyirlərsə, transferlər etməlidirlər. Məsələn, niyə Xulian Alvaresi almadılar? Onlara belə oyunçular lazımdır.

Komanda həftədə üç dəfə oynayır və gözləniləndən daha yaxşı çıxış edir, amma daha artığını etməlidirlər.

Onun adı “Mançester Yunayted" və “Çelsi" ilə hallanır, amma hazırda “Aston Villa” bu iki komandadan daha yaxşıdır. Mən ona ora keçməyi məsləhət görməzdim. “Mançester Yunayted”ə keçəndə nə baş verdiyini görürük, bu, sanki qəbiristanlıqdır.

Görünür, onlar düzgün istiqamətdə irəliləyirlər və pis münasibətli oyunçulardan qurtulublar, amma bunun üçün əvvəlcə dibə düşməli oldular. İndi isə həqiqətən oynamaq istəyən futbolçuları transfer edə bilərlər."

PaylaşPaylaş

Şərhlər yüklənir...