"Mançester Siti"nin yarımmüdafiəçisi komandadan ayrılmaq qərarına gəlib

"Mançester Siti"nin yarımmüdafiəçisi komandadan ayrılmaq qərarına gəlib

 
0

Bernardo Silva yayda "Mançester Siti"dən ayrılmaq barədə qəti qərar verib.

Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 31 yaşlı Portuqaliya millisinin yarımmüdafiəçisi mövsümün sonunda azad agent kimi komandadan ayrılacaq. Bildirilir ki, o və agentləri artıq bu aydan etibarən gələcək təklifləri dəyərləndirməyə başlayacaqlar.

Bernardo 2017-ci ildən “Mançester Siti”də çıxış edir və bu müddətdə klubla birlikdə 19 kubok qazanıb, o cümlədən Çempionlar Liqası və 6 dəfə Premyer Liqa çempionluğu əldə edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...