
"Mançester Siti"nin sabiq futbolçusu özünə komanda tapdı
0
Fransa millisi və "Mançester Siti”nin sabiq müdafiəçisi Benjamin Mendi İsveçrədə oynayacaq.
Sportal.az xəbər verir ki, fransız "Sürix"lə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mendi 1,5 illik müqavilə imzalanıb. O, İsveçrə klubunun heyətində 3 nömrəli formada oynayacaq.
30 yaşlı futbolçu "Monako", "Mançester Siti", "Loryen" komandalarında çıxış edib.



