"Mançester Siti"ni "Barselona"ya dəyişəcək

"Mançester Siti"ni "Barselona"ya dəyişəcək

 
0

"Mançester Siti"nin müdafiəçisi Natan Ake İspaniyaya yollanmağa hazırlaşır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Barselona"nın baş məşqçisi Hans-Diter Flik Akenin transferi üçün rəhbərlikdən xahiş edib.

Akenin özü də Kataloniya təmsilçisinə keçməyə müsbət yanaşır.  Natan 2020-ci ildən “Mançester Siti”nin formasını geyinir.

Niderlandlının İngiltərə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

PaylaşPaylaş

Şərhlər yüklənir...