"Mançester Siti" futbolçusunu 15 milyon avroya satacaq

"Mançester Siti" futbolçusunu 15 milyon avroya satacaq

 
0

“İnter” “Mançester Siti”dən Manuel Akanjini transfer etməyi planlaşdırır.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “nerazzura” 30 yaşlı futbolçu 15 milyon avro ödəməyə hazırdır.

İsveçrəlinin “Mançester Siti” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Akanji hazırda “İnter”də icarə əsasında çıxış edir. İsveçrə millisinin üzvü karyerası ərzində “Vintertur”, “Bazel”, “Borussiya”(Dortmund) klublarında oynayıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...