
Mahir Emrelinin "Hannover"lə oyun üçün kollektivə geri qayıdacağı gözlənilir - alman mediası
Almaniya mətbuatı “Kayzerslautern”in zədəli oyunçularının vəziyyəti barədə yazıb.
Sportal.az “Der Betze”yə istinadən xəbər verir ki, “Kayzerslautern” 2-ci Bundesliqada 18-ci turun "Hannover"ə qarşı matçında Emrelininxidmətindən istifadə edə biləcək:
“Qış fasiləsi qısa olsa da, "Kayzerslautern"in heyətində bəzi dəyişikliklər olub: zədə səbəbindən qısa müddətə kənarda qalan üç oyunçu - Kenni Redondo, Simon Asta və İvan Prtain məşqlərə qayıdıblar. Mahir Emrelinin də bu həftə kollektivlə məşqlərə qayıtması gözlənilir. "Hannover"lə oyunöncəsi heyətdə olacağı ehtimal edilir. Lakin onlardan hansısa birinin bazar günü keçiriləcək matçda oynaya biləcəyi hələlik məlum deyil. Ən çox ehtimal olunan Redondodur. O, mövsümöncəsi yoldaşlıq oyununda (3:1) “Sürix”ə qarşı 45 dəqiqə oynamışdı”.
Xatırladaq ki, yanvarın əvvəlində Azərbaycan millisinin hücumçusu fərdi məşqlərə başlayıb.



