
"Liverpul"un müdafiəçisi "İnter"ə keçə bilər
0
"Liverpul"un müdafiəçisi Covanni Leoni İtaliya A Seriyasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "İnyer" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Milan klubu ötən yay oyunçunun transferini rəsmiləşdirməyə çalışsa da, Leoni karyerasını Premyer Liqada davam etdirməyi seçib. "İnter" mövsümün sonunda 19 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq üçün yenidən hərəkətə keçəcək.
Qeyd edək ki, "Liverpul" Covanni Leonini mövsümün əvvəlində "Parma"dan 31 milyon avroya transfer edib. İtaliya millisinin üzvü Mersisayd təmsilçisinin heyətində cəmi 11 oyunda meydana çıxıb. Gənc futbolçu dizindən aldığı zədəyə görə mövsümü erkən başa vurmalı olub.



