
"Liverpul"dan qırmızı vərəqə alan futbolçuya cəza
0
"Liverpul" İngiltərə Kubokunun "Sautheempton"la matçında qırmızı vərəqə görən Uqo Ekitikeni cəzalandırıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi yersiz vərəqə aldığı üçün fransalı hücumçunun 2 həftəlik maaşını kəsəcək. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Qeyd edək ki, Uqo Ekitike komandasını önə keçirən qolu vurduqdan sonra ikinci sarı vərəqə ilə meydandan qovulub.