"Liverpul" və "Mançester Yunayted"dən 70 milyon funt-sterlinq tələb edirlər

"Liverpul" və "Mançester Yunayted"dən 70 milyon funt-sterlinq tələb edirlər

 
0

"Yuventus"un müdafiəçisi Qleyson Bremer karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Liverpul" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

A Seriyası nəhəngi 28 yaşlı mərkəz müdafiəçisi üçün 70 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Yuventus" Qleyson Bremeri 2022-ci ilin yayında "Torino"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 4 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...