
Liqa 1 klubunda baş məşqçi dəyişikliyi
0
Fransa çempionatında baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Nant" Luiş Kastro ilə yollarını ayırıb. Bu barədə Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Sarı-yaşıllar"ın yeni baş məşqçisi də məlumdur. Ahmed Kantari ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Nant" Liqa 1-də 15 turdan sonra 11 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.



