
Lider "Napoli"dən daha bir qələbə
0
İtaliya A Seriyasında IX turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Napoli" səfərdə "Leççe"nin qonağı olub. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Napoli" turnir cədvəlində 21 xalla liderliyini davam etdirir. "Leççe" isə 6 xalla 16-cı sırada yer alıb.
İtaliya A Seriyası
IX tur
"Leççe" - "Napoli" 0:1
Qol: F.Anquissa, 69



