
Levandovski karyerasını başa vura bilər
"Barselona"nın hücumçusu Robert Levandovski mövsümün sonunda karyerasını başa vura bilər.
Sportal.az xəbər verir ki, polşalı futbolçu Səəudiyyə Ərəbistanından aldığı cəlbedici təklifləri qəbul etməyib. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Levandovskinin istəyi "Barselona"da qalmaqdır. 37 yaşlı forvard bunun üçün rotasiya oyunçusu olmağa və maaşının azaldılmasına razıdır. Lakin hücumçu hələ ki klubdan yayda başa çatan müqaviləsinin uzadılması ilə bağlı təklif almayıb. Polşa millisinin üzvü La Liqa nəhəngindən ayrılsa, karyerasını başa vurmaq variantını nəzərdən keçirəcək.
Qeyd edək ki, "Barselona" Robert Levandovskini 2022-ci ilin yayında "Bavariya"dan 45 milyon avroya transfer edib. Təcrübəli futbolçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 7 qol vurub.



