"Latsio"nun futbolçusu İstanbula gəlir -    "Fənərbaxça" üçün

"Latsio"nun futbolçusu İstanbula gəlir - "Fənərbaxça" üçün

 
0

Daha öncə qeyd etdiyimiz kimi, "Latsio"nun yarımmüdafiəçisi Matteo Qenduzi "Fənərbaxça"ya keçməyə razılıq verib.

Sportal.az xəbər verir ki, 28 milyon avroya başa gəlməsi gözlənilən transfer üçün Qenduzi sabah günorta saatlarında İstanbulda olacaq.

Qeyd edək ki, cari mövsümdə A Seriyasında Qenduzi 14 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...