"Konyaspor" - "Qalatasaray" matçının baş hakimi xəstəxanaya aparıldı -    4-cü hakimlik həkimə tapşırıldı

"Konyaspor" - "Qalatasaray" matçının baş hakimi xəstəxanaya aparıldı - 4-cü hakimlik həkimə tapşırıldı

 
0

Türkiyə kubokunda yarımfinal mərhələsi çərçivəsində "Qalatasaray" səfərdə "Konyaspor"un qonağı olur.

Sportal.az xəbər verir ki, matçdan öncə görüşün baş hakimi Abdullah Buğra Taşkınsoyun ürəyində problem yaranıb. Onu dördüncü hakim Ali Yılmaz əvəz edib. Taşkınsoy matçın 14-cü dəqiqəsinə kimi 4-cü hakim kimi matçda iştirak etsə də, sonradan profilaktik tədbir səbəbi ilə xəstəxanaya aparılıb. 4-cü hakimlik isə, stadionda olan həkimlərdən Rəşit Yorqancılara tapşırılıb.

Qeyd edək ki, hazırda 2ci hissəsi davam edən matçda "Qalatasaray" 4:0 hesabı ilə öndədir.

PaylaşPaylaş

Şərhlər yüklənir...