
"Komanda bu mövsümdə uğur qazanmaq üçün kifayət qədər yaxşıdır, amma..." - Fletçer
Darren Fletçer “Mançester Yunayted”in İngiltərə Kubokunda “Brayton”a 1:2 hesabı ilə məğlubiyyəti barədə şərh verib.
Sportal.az xəbər verir ki, “Mançester Yunayted”in icraçı baş məşqçisi "TNT Sports"a müsahibəsində bunları qeyd edib:
“Oyundan qarışıq təəssüratlar qaldı. Oyuna pis başlamamışdıq, amma qol bizi ritmdən çıxardı. Fasilədə futbolçulara topu sadəcə sakitcə oynamamaq, daha sürətli ötürmək lazım olduğunu söylədim. Bir qol vurduqdan sonra azarkeşlər ruhlanmışdı, enerji yüksək idi, amma işi sona çatdırıb hesabı bərabərləşdirə bilmədik.
Futbolçuların zəif tərəfləri görünürdü, amma onlar reaksiya verməlidirlər. Əminlik futbolun ən vacib komponentlərindən biridir; əgər onu itirmisənsə – toparlanmaq lazımdır, o zaman geri qayıdacaq. Hər şey futbolçuların üzərindədir, bu mövsüm mübarizə aparmaq üçün hər şeyi etməlidirlər. Komanda bu mövsümdə uğur qazanmaq üçün kifayət qədər yaxşıdır, amma bir yerdə toparlanmaq lazımdır."



