Kökçü oynadı, komandası uduzdu

Kökçü oynadı, komandası uduzdu

 
0

Niderland Erediviziyasının 16-cı turunun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının oyunçusu Ozancan Kökçünün formasını geyindiyi “Volendam” “Qroningen”in qonağı olub.

Kökçünün komandası bu matçda 0:3 uduzub.

Millimizin üzvü oyuna start heyətində başlayıb və 61-ci dəqiqədə əvəzlənib. “Volendam” 14 xalla 15-ci yerdədir.

PaylaşPaylaş

Şərhlər yüklənir...