Klublar milyonlar qazanacaq -    dünya çempionatında

Klublar milyonlar qazanacaq - dünya çempionatında

 
0

FIFA yayda keçiriləcək klublararası dünya çempionatının mükafat fondunu təsdiqləyib.

Sportal.az xəbər verir ki, turnirdə iştirak edən klublar üçün ümumilikdə 525 milyon dollar ayrılıb. Avropa klublarına reytinqlərinə və gəlirlərinə görə pul ödəniləcək.

Ən yüksək payı "Mançester Siti", "Çelsi", "Real", "Bavariya" kimi klublar əldə edəcək.

Cənubi Afrika təmsilçiləri 15,21 milyon dollar iştirak bonusu qazanacaq. Şimali Amerika, Afrika və Asiya klublarına 9,55 milyon dollar veriləcək. Okeaniyadan turnirə qatılanlar isə 3,58 milyon dollar gəlir götürəcək.

Klublar turnirdə göstərdikləri nəticələrə görə gəlirlərini artıra biləcək. Bunun üçün əlavə 475 milyon dollar ayrılıb.

Klublararası dünya çempionatının mükafatları

Qrupda qələbə - 2 milyon avro 

Qrupda heç-heçə - 1 milyon dollar 

1/8 final - 7,5 milyon dollar 

1/4 final - 13,125 milyon dollar 

Yarımfinal - 21 milyon dollar 

Final - 30 milyon dollar 

Çempion - 40 milyon dollar

PaylaşPaylaş

Şərhlər yüklənir...