"Kimsə Azərbaycan millisinin formasını geyinmək istəyərsə, biz hamıya qucaq aça bilərik"    - millimizin baş məşqçisi "Dinamo"nun üzvü haqda

"Kimsə Azərbaycan millisinin formasını geyinmək istəyərsə, biz hamıya qucaq aça bilərik" - millimizin baş məşqçisi "Dinamo"nun üzvü haqda

 
0

"Dinamo"nun hücumçusu Ülvi Babayevin Azərbaycan milli komandasına cəlb edilə biləcəyi iddia olunur.

AFFA onu milliyə cəlb etmək istəsə də, Moskva klubunun 21 yaşlı futbolçusu seçimini Rusiyanın U-21 yığmasından yana edib.

Milli komandamızın baş məşqçisi Ayxan Abbasov Sportal.az saytına açıqlamasında Ülvi Babayevin özü və ya ailəsindən heçkimlə danışmadığını bildirib.

O, yığma komandamıza cəlb ediləcək futbolçudan tələblərini söyləyib:

"Mən heç kimlə danışmamışam, şəxsən tanımıram. Bu dəqiqə biz kənarda oynayan millimizin üzvləri ilə maraqlanırıq. Gələcəkdə bu futbolçunun öz meyli olarsa...Bilirsiz, istədiyim odur ki, gələnlər millimizi sevsinlər. Biz məcburiyyətdən neçə futbolçular gətirdik, amma gördük ki, sonda o futbolçular effekt vermir. Eybi yox, bir az zəif ola bilərik, ancaq bizə meydanda canını qoyan oyunçular lazımdır. Kimsə Azərbaycan millisinin formasını geyinmək istəyərsə, biz hamıya qucaq aça bilərik".

Mirbağırağa

PaylaşPaylaş

Şərhlər yüklənir...