"Kəpəz"in qış planı bəlli oldu

"Kəpəz"in qış planı bəlli oldu

 
0

"Kəpəz"in qış hazırlıq planı bəlli olub.

Sportal.az xəbər verir ki, "sarı-göylər" yanvarın 3-də Gəncə şəhərində təlim-məşq toplanışına başlayacaq.

Hazırlıq prosesi qış fasiləsi başa çatana kimi davam edəcək. Bu müddət ərzində “sarı-göylər” 2 yoxlama oyununa çıxacaq. Gənc təmsilçisi yanvarın 10-da Qəbələ şəhərində “Qəbələ” komandası ilə üz-üzə gələcək. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv ayın 17-də isə Yevlaxda “Karvan-Yevlax”la qarşılaşacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...