"Kəpəz" Səudiyyə Ərəbistanı klubunda oynamış müdafiəçini transfer etdi

"Kəpəz" Səudiyyə Ərəbistanı klubunda oynamış müdafiəçini transfer etdi

 
0

"Kəpəz" Conston Omurvanı transfer edib.

Sportal.az xəbər verir ki, keniyalı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ampluaca mərkəz müdafiəçisi olan 26 yaşlı futbolçu son olaraq Səudiyyə Ərəbistanının "Abha" klubunda oynayıb.

Kenya millisinə dəvət alan Conston "Vazito", "Matare Yunayted"(hər ikisi Keniya), "Eştrela Amadora"(Portuqaliya) klublarında çıxış edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...