
"Kəpəz" sabiq futbolçusunu qaytardı - RƏSMİ
0
"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.
Sportal.az xəbər verir ki, "sarı-göylər" Rauf Hüseynlini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, Rauf ötən mövsümü də "Kəpəz"də keçirib.



