"Kəpəz" İtaliya B Seriyasından yarımmüdafiəçi gətirdi -    RƏSMİ

"Kəpəz" İtaliya B Seriyasından yarımmüdafiəçi gətirdi - RƏSMİ

 
0

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Trent Buhagiar Gəncə təmsilçisinin şərəfini qoruyacaq. Ampluaca yarımmüdafiəçi olan oyunçu ilə "6 ay + 1 il" müddətinə müqavilə imzalanıb.

Əslən Avstraliyadan olan Buhagiar Malta yığmasının üzvüdür. Trent tarixi vətənində bir sıra klubların heyətində çıxış edib. 26 yaşlı futbolçunun son klubu İtaliya B Seriyasından "Breşiya" olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...