
"Kəpəz" 6500 manat cərimələndi
0
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXV turunun "Kəpəz" - "Qarabağ" matçı ilə bağlı aşağıdakı qərar qəbul olunub:
20 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXV turun “Kəpəz” – “Qarabağ” oyunundan əvvəl, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 6500 manat cərimə edilsin (maddə 86.3);



