
Kasilyasdan sonra Noyer
0
Manuel Noyer UEFA Çempionlar Liqası tarixində bir klubda start heyətdə keçirdiyi oyunların sayına görə 2-ci yerə yüksəlib.
Sportal.az xəbər verir ki, 40 yaşlı qapıçı "Bavariya"nın heyətində hazırda davam edən "Real"a qarşı 1/4 final matçında meydana ilk dəqiqələrdən çıxaraq bu turnirdə klub üçün startda 136-cı oyununu keçirib.
Bu göstərici ilə o, Lionel Messinin "Barselona" ilə rekordunu təkrarlayıb.
Bu siyahıda lider isə Iker Kasilyasdır. O, "Real" ilə 149 dəfə start heyətdə meydana çıxıb.



