
"Karvan-Yevlax"ın kapitanı: "Hər həftə hazırlaşırıq ki, nəyisə dəyişək, amma olmur ki, olmur"
"Təəssüf ki, yenə də qələbə qazana bilmədik. Bilirsiz, hazırda yaxşı oyun oynamaq bizim üçün ən sonuncu lazım olan məsələdir. Bizə bu dəqiqə nəticə lazımdır. “Zirə” ilə görüşdə də qol imkanlarımız az deyildi. Sadəcə onlardan istifadə etmək lazım idi. Əfsuslar olsun ki, bunu edə bilmədik".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Karvan-Yevlax"ın kapitanı Vadim Abdullayev deyib.
O, komandasının hazırda Premyer Liqada sonuncu pillədə qərarlaşmasına münasibət bildirib:
"Bəli, təəssüf ki, hazırda sonuncu pillədəyik. Bilirsiz, özümüz də hər həftə hazırlaşırıq, danışırıq ki, nəyisə nəyişək. Olmur ki, olmur. Vəziyyəti ifadə etmək üçün sözüm də yoxdur. Çox çətindir. Amma istənilən halda, hazırlaşırıq. Qarşıda oyunlarımız var və sona qədər mübarizəmizi aparacağıq".
Mirbağırağa



